SON DƏQİQƏ
» » Ukraynada daha bir nəfər qripdən dünyasını dəyişib

Ukraynada daha bir nəfər qripdən dünyasını dəyişib

Tarix:

9-01-2020, 09:02

/ 2 747 dəfə oxundu.
Ukraynada daha bir nəfər qripdən dünyasını dəyişib

Ukraynada yeni epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyası səbəbindən daha bir ölüm faktı qeydə alınıb.
GunAz.az  xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Ukraynanın Jitomir şəhərində vaksin olunmayan qadın A (H1N1) virusundan xəstəxanaya yerləşdirilib. Xəstə çox gec müraciət etdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
Ukraynada epidemioloji mövsümdə artıq 53 min 527 nəfər xəstəxanaya yerləşdirilib ki, onların da 79 faizi uşaqlardır. Oktyabrın əvvəlindən 227 min 417 nəfər qripə qarşı peyvənd olunub. Səhiyyə Nazirliyi əhalini qripə qarşı vaksin vurdurmağa çağırıb.
Xatırladaq ki, bir həftə öncə Ukraynada qrip virusundan daha bir şəxs dünyasını dəyişib.
Qeyd edək ki, ötən epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator infeksiya səbəbindən 63 nəfər dünyasını dəyişib.
скачать dle 12.1

Şərhlər