SON DƏQİQƏ
» » Pakistanda partlayış törədilib, ölənlər və yaralananlar var

Pakistanda partlayış törədilib, ölənlər və yaralananlar var

Tarix:

8-01-2020, 08:42

/ 2 345 dəfə oxundu.
Pakistanda partlayış törədilib, ölənlər və yaralananlar var

Pakistanda törədilən partlayış nəticəsində sərhəd korpusunun azı 2 əməkdaşı həlak olub.

“Report” xəbər verir ki, bu barədə Geo TV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Kvetta şəhərində qeydə alınıb. Partlayış nəticəsində daha 14 nəfər yaralanıb.

İlkin informasiyaya görə, partlayş motosikletə yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu ilə həyata keçirilib. Hədəf Pakistanın sərhəd korpusunun əməkdaşlarının maşını olub. Zərbənin gücündən yaxınlıqdakı binaların şüşələri sınıb, həmçinin bir neçə motosiklet yanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ