SON DƏQİQƏ
» » Göygöl məhkəməsində intihara cəhd... - Təfərrüat

Göygöl məhkəməsində intihara cəhd... - Təfərrüat

Tarix:

31-07-2019, 21:21

/ 970 dəfə oxundu.
Göygöl məhkəməsində intihara cəhd... - Təfərrüat

Göygöl rayonunda 2 qardaş intihara cəhd edib.

Report-un məlumatına görə, hadisə Göygöl Rayon Məhkəməsində baş verib. Göygöl rayon sakini Eldəniz Xıdırov ödəməli olduğu 1740 manat aliment pulunu ödəyə bilmədiyi üçün məhkəmə onun haqqında 10 sutka inzibati həbs qərarı çıxarıb. Bu qərarla razılaşmayan E.Xıdırov icraçıya alimentin 1000 manatını ödəmək üçün keçmiş həyat yoldaşı ilə razılaşacağını, qalan pulu isə sonra ödəyəcəyini bildirib. Hakim bu vədlərin dəfələrlə verildiyini və yerinə yətirilmədiyini nəzərə alaraq qərarı dəyişməyəcəyini bildirib. Bu zaman E.Xıdırovun yanında olan qardaşı Elçin Xıdırov əsəbləşərək icraçı otağının qapısında olan şüşəni qolu ilə sındırıb. Sınan şüşə onun qolunu və damarlarını kəsib.

Daha sonra isə Eldəniz Xıdırov yerə tökülən şüşə parçası ilə qolunu kəsərək özünə xəsarət yetirib. Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onlara dərhal tibbi yardım göstərilib. Elçin Xıdırovun vəziyyəti ağır olduğundan onu Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi nəzərdə tutulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ