SON DƏQİQƏ

Eyni şəhərdə 3 nəfər edam olundu

Tarix:

22-07-2019, 13:57

/ 2 748 dəfə oxundu.
Eyni şəhərdə 3 nəfər edam olundu

İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib.

GunAz.az xəbər verir ki, məhkumlar bir həftə əvvəl edam olunsa da, bu barədə məlumat yenicə yayılıb.

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl baş verən kütləvi davada qətl törədən məhkum Əmir Əli Şadabi, eləcə də maliyyə ixtilaflarına qörə qətldə günahlandırılan məhkumlar Əli Kərimi və Məhəmməd Pərvayi iyulun 14-ü sübh saatlarında Hormozqan əyalətinin Minab şəhərinin zindanında dara çəkiliblər. Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı məlumat yayılmayıb.

Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada birinci yeri tutur.

скачать dle 12.1

Şərhlər