SON DƏQİQƏ

Zaqatalada ildırım evi yandırdı

Tarix:

27-05-2019, 08:00

/ 1 215 dəfə oxundu.
Zaqatalada ildırım evi yandırdı

Zaqatala rayonunda yaşayış evini ildırım vurub.

GunAz.az xəbər verir ki, Aşağı Tala kənd sakini Ramazan Şabanova məxsus ikimərtəbəli fərdi yaşayış evi ildırım vurması nəticəsində yanıb.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub. Ümumi sahəsi 156 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində mətbəxin və hamam otağının yanar konstruksiyaları 12 m² sahədə və 1 ədəd məişət texnikası yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisəsi zamanı ailə üzvləri evdə olub. Xəsarət alan olmayıb.

Qeyd edək ki, hazırda şimal-qərb bölgəsində güclü küləklə müşahidə olunan yağış yağır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ