SON DƏQİQƏ

Türkiyədə hava limanında atışma olub

Tarix:

26-03-2019, 18:43

/ 10 224 dəfə oxundu.
Türkiyədə hava limanında atışma olub

Türkiyənin Kayseri şəhərinin hava limanında silahlı insident baş verib. 

Polis məmuru Eyyub. B həmkarı Əli.A.-ya tapançadan 3 dəfə atəş açıb. Daha sonra o, eyni silahla özünü öldürməyə cəhd edib. 

Hər iki polis ağır yaralı halda xəstəxanaya çatdırılıb.

GunAz.az Habertürk-ə istinadən xəbər verir ki, hadisə bu gün  yerli vaxtla saat 16:20-də, hava limanının daxili uçuşlar bölməsində baş verib. 

Polislər arasında şəxsi zəmində münaqişə yaşanıb və onlardan biri digərini vurduqdan sonra, özünü də öldürmək istəyib.

Hadisəylə bağlı hava limanında təhlükəsizlik tədbirləri  gücləndirilib. Araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ