ABŞ-da təyyarə avtomobil yoluna eniş edib.
RenTV xəbər verir ki, insident ABŞ-ın Miçiqan ştatında qeydə alınıb.
Təlim uçuşu həyata keçirən kiçik mühərrikli təyyarədə təlimçi və tələbə-pilot olub.
Məlumata görə, uçuş zamanı təyyarədə texniki nasazlıq yaranıb və pilot magistral yola eniş etməyə qərar verib.
Eniş uğurlu keçib. Təyyarə bir müddət sonra yük maşını ilə aeroporta çatdırılıb.