SON DƏQİQƏ

Nyu-Yorkda təyyarə avtomobil yoluna endi

Tarix:

21-10-2018, 09:33

/ 10 254 dəfə oxundu.
Nyu-Yorkda təyyarə avtomobil yoluna endi

ABŞ-ın Lonq-Aylend adasında (Nyu-York ştatı) təkmühərrikli "Piper Pa-28" təyyarəsi avtomobil yoluna enib.

GunAz.az-ın Trend-ə istinadən məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb, təyyarəyə zərər dəyib. Təyyarə Nyu-York ştatının kiçik hava limanından qalxıb və Lon-Aylend adasındakı hava limanında eniş etməli idi.

Eniş zamanı pilot təyyarəni vaxtında saxlaya bilməyib və təyyarə hava limanından kənara çıxıb. Pilot təyyarəni avtomobil yolunda saxlaya bilib.

ABŞ-ın federal aviasiya idarəsi insidentlə bağlı araşdırmaya başlayıb.

скачать dle 12.1

Şərhlər