Qabonun “Akanda” futbol klubunun oyunçusu Erman Sinqa ölkə çempionatı çərçivəsində keçirilən matçda qazona yıxıldıqdan sonra huşunu itirərək ölüb.
GunAz.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qabon Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
İnsident martın 2-də “Akanda” – “Missile” komandaları arasında keçirilən matçda qeydə alınıb.
30 yaşlı oyunçu ot örtüyünə yıxıldıqdan sonra qəfil huşunu itirib. Xəstəxanaya təxliyyə olunan zaman həyatını itirib. Futbolçunun ölüm səbəbi hələlik açıqlanmır.