Bakı şəhərində yanğın olub.
GunAz.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Ümumi sahəsi 100 m² olan birmərtəbəli mansarda tipli binanın (birinci mərtəbəsi mağaza, mansardası tədris mərkəzi kimi fəaliyyət göstərir) mansardasının tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Binanın qalan hissəsi və bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.