SON DƏQİQƏ
» » Azərbaycanlı qadın Rusiyada nəvələrini oğurladı

Azərbaycanlı qadın Rusiyada nəvələrini oğurladı

Tarix:

11-01-2019, 13:35

/ 10 279 dəfə oxundu.
Azərbaycanlı qadın Rusiyada nəvələrini oğurladı

Rusiyanın Omsk vilayətinin polis idarəsinə Yamalo-Nenetski muxtar vilayətinin sakini olan qadın müraciət edərək bildirib ki, keçmiş qayınanası onun iki övladını oğurlayıb. 

GunAz.az xəbər verir ki, bununla bağlı Rusiyanın Federal Xəbər Agentliyi mənbəyə istinadən məlumat yayıb. 

Bildirilib ki, 1962-ci il təvəllüdlü azərbaycanlı qadın Omsk vilayətində həbsdə olan oğluna baş çəkməyə hazırlaşıb. Bunun üçün o, 2011 və 2013-cü il təvəllüdlü olan iki nəvəsini götürərək, yanvarın 5-də qatara əyləşib. 

Yanvarın 6-dan isə onlardan heç bir xəbər alınmayıb. Sonuncu dəfə qadını nəvələri ilə birlikdə yanvarın 9-da Dağıstanın Qızılyurd şəhərində görüblər. 

Faktla bağlı araşdırmalara başlanılıb.(oxu.az)

скачать dle 12.1

Şərhlər