SON DƏQİQƏ

Dünənki qəzalarda 2 sürücü ölüb

Tarix:

3-01-2019, 14:39

/ 10 253 dəfə oxundu.
Dünənki qəzalarda 2 sürücü ölüb

Dünənki qəzalarda iki nəfər vəfat edib. GunAz.az DİN-ə istinadən xəbər verir ki, qəzalardan biri Bərdə şəhərində baş verib.

Yanvarın 2-də saat 19 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini Elimdar Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı beton dirəyə vurub. Nəticədə E.Məmmədov və bir sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb. İkinci hadisə isə Hacıqabulda qeydə alınıb. Yanvarın 2-də saat 23 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində Vasif Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobili divara vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ