SON DƏQİQƏ
» » İndoneziyada sunami fəlakəti - 168 ölü, 745 yaralı

İndoneziyada sunami fəlakəti - 168 ölü, 745 yaralı

Tarix:

23-12-2018, 18:39

/ 10 231 dəfə oxundu.
İndoneziyada sunami fəlakəti - 168 ölü, 745 yaralı

İndoneziyanın Sumatra və Yava adası arasındakı Sunda boğazında sunami baş verib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 62 nəfər ölüb, 584 nəfər isə yaralanıb. 20 nəfərin cəsədini tapmaq mümkün olmayıb.

Pandenqlanq bölgəsində 430 ev və 9 hotelə ciddi ziyan dəyib.

Sunaminin Anak Krakatau vulkanının fəaliyyətə keçməsi səbəbindən baş verdiyi ehtimal edilir.

Qeyd edək ki, 28 sentyabrda Sulavesi adasında baş verən 7,5 bal gücündəki zəlzələ nəticəsində 2 mindən çox insan ölmüş, 1500-ə yaxını isə itkin düşmüşdü.

***

“Posta” xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 168-ə, yaralıların sayı isə 745-ə çatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ