SON DƏQİQƏ
» » Bərdədə kütləvi dava - 3 nəfər xəstəxanalıq oldu

Bərdədə kütləvi dava - 3 nəfər xəstəxanalıq oldu

Tarix:

16-12-2018, 21:56

/ 10 308 dəfə oxundu.
Bərdədə kütləvi dava - 3 nəfər xəstəxanalıq oldu

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

Hadisə Kələntərli kəndində qeydə alınıb.

İki qonşu arasında torpaq üstündə baş verən kütləvi dava zamanı 3 nəfər - 38 yaşlı Cəfərov Elsəvər Qıyas oğlu, 1976-cı il təvəllüdlü Quliyeva İlhamə Qurban qızı və 1985-ci il təvəllüdlü Cəfərquliyev Xəyyam Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Onların hər üçünün vəziyyəti orta ağırdır.

Fakt bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ