SON DƏQİQƏ
» » Maşınını doğrayıb satdı, polisə yalan məlumat verdi

Maşınını doğrayıb satdı, polisə yalan məlumat verdi

Tarix:

12-12-2018, 14:00

/ 10 317 dəfə oxundu.
Maşınını doğrayıb satdı, polisə yalan məlumat verdi

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib.

GunAz.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən əməliyyat tədbirlərinə başlanılıb. Araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər