SON DƏQİQƏ
» » Çayda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Çayda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Tarix:

11-12-2018, 12:33

/ 10 293 dəfə oxundu.
Çayda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Lənkəran şəhərinin Lüvəsər kəndində, Lənkəran çayında batdığı ehtimal edilən 1966-cı il təvəllüdlü Nəsirov Valeh Fayaz oğlunun axtarışları başa çatıb.

FHN-dən GunAz.az-a verilən məlumata görə, V.Nəsirovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

9:35

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran çayının Lənkəran şəhəri, Lüvəsər kəndi ərazisindən keçən hissəsində bir nəfərin batdığı ehtimal olunur. 

Fövqəladə Hallar Nazirliyindən GunAz.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ