SON DƏQİQƏ
» » Məktəbli avtobusu qəzaya uğradı: ölənlər var

Məktəbli avtobusu qəzaya uğradı: ölənlər var

Tarix:

7-12-2018, 08:00

/ 10 246 dəfə oxundu.
Məktəbli avtobusu qəzaya uğradı: ölənlər var

ABŞ-ın Bluminqton şəhərində məktəblilərdən ibarət basketbol komandasının üzvlərini daşıyan avtobus qəza uğrayıb.

GunAz.az xəbər verir ki, bu barədə İllinoys ştatının polisi məlumat yayıb.

Bildirilir ki, məktəbli qızlardan ibarət avtobus Bluminqtonda yük avtomobili ilə toqquşub. Qəza zamanı yük avtomobilinin 34 yaşlı sürücüsü və məktəbliləri müşayiət edən 72 yaşlı bələdçi ölüblər. Hadisə nəticəsində həmçinin 8 məktəbli müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzaya yük atvomobilinin sürücüsünün səhlənkarlığı səbəb olub. Belə ki, o, idarə etdiyi avtomobillə yolun əks tərəfinin xəttinə çıxıb və bu zaman avtobusla toqquşub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ