SON DƏQİQƏ

Qəbələdə orta məktəb binası yandı

Tarix:

5-12-2018, 10:01

/ 10 337 dəfə oxundu.
Qəbələdə orta məktəb binası yandı

Qəbələdə orta məktəb binası yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, rayonun Vəndam qəsəbəsində ümumi sahəsi 245 kv.m olan birmərtəbəli orta məktəb binasının (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ