SON DƏQİQƏ

Evdən külli miqdarda qızıl oğurlandı

Tarix:

3-12-2018, 15:24

/ 10 335 dəfə oxundu.
Evdən külli miqdarda qızıl oğurlandı

Masallı rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyindən GunAz.az -a verilən xəbərə görə, Masallı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat, 400 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov saxlanılıb.

Onun noyabrın 6-da həmkəndlisi Hacıbala Qənbərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Hüseynovla birgə rayon ərazisindəki inzibati binaların birindəki seyfdən 1200 manat oğurlaması da müəyyən edilib. Davam etdirilən tədbirlərlə H.Qənbərov və Ə.Hüseynov da saxlanılıblar.
скачать dle 12.1

Şərhlər