SON DƏQİQƏ

Minik avtomobili "KAMAZ"la toqquşdu - ölən var

Tarix:

2-12-2018, 13:14

/ 10 392 dəfə oxundu.
Minik avtomobili "KAMAZ"la toqquşdu - ölən var

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda "KAMAZ" markalı yük avtomobili və "Chevrolet" markalı minik avtomobili toqquşub.

GunAz.az FHN-ə istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ