SON DƏQİQƏ

Tanınmış jurnalistin mənzili qarət edildi

Tarix:

4-11-2018, 13:56

/ 10 288 dəfə oxundu.
Tanınmış jurnalistin mənzili qarət edildi

Jurnalist Pərviz Həşimlinin mənzilindən oğurluq olub.

GunAz.az milli.az-a istinadla bildirir ki, bu barədə jurnalist "Facebook" hesabında məlumat yayıb.

Pərviz Həşimli bildirib ki, mənzildən komputer, printer, süvenir və digər əşyaları oğurlayıblar. Mənzilə daxil olan naməlum şəxslər evdə olan ehtiyat açarları da özləri ilə aparıblar:

"Mənzilimdən oğurluq olub. Kompüterler, printerlər...suvenirler...hələlik gözumə dəyən bunlardir.
Qapıya açar salıb açmaq istəyəndə gördüm açıldı. İçəri daxil olanda qarışıqlığı gördüm... Yeni mənzildi deyə ofisimə aid əşyaları, kompüterləri yığmışdım. Evdeki ehtiyat açarları da aparıblar.

Polis gəldi. Baxıb izahat alıb getdilər. Gözləmək qalır bircə".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ