SON DƏQİQƏ
» » Şamaxıda oğuluna baş çəkib evə qayıdan ər-arvad yolda öldü - DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI

Şamaxıda oğuluna baş çəkib evə qayıdan ər-arvad yolda öldü - DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI

Tarix:

4-11-2018, 11:04

/ 10 298 dəfə oxundu.
Şamaxıda oğuluna baş çəkib evə qayıdan ər-arvad yolda öldü - DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI

Şamaxı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, Çöl Göylər kəndində “DongFeng” markalı yük avtomobilinə çırpılan “VAZ” markalı minik avtomobilində ölən 72 yaşlı Zülfüqarov Gülbaba Gülbala oğlu ilə 71 yaşlı Zülfüqarova Tamam Ağakişi qızı ər-arvad olub. Şamaxının Laləzar kənd sakini olan kişi ilə qadın Ağsu istiqamətindəki fermada işləyən oğullarının yanından evə qayıdarkən dəhşətli qəzaya düşüblər. Belə ki, onlar özləri ilə birgə nəvələrini fermaya-valideynlərinin yanına aparıb. Bir neçə saat fermada qalan yaşlı ər-arvad geri qayıdanda bədbəxt hadisə ilə üzləşib.

Qeyd edək ki, deformasiyaya uğramış maşından ər və arvadının meyitləri FHN-in xilasediciləri tərəfindən çıxarılıb.

Faktla bağlı cinayət işi açılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ