SON DƏQİQƏ
» » Bakıda qaz xəttinin çəkilişi zamanı BƏDBƏXT HADİSƏ

Bakıda qaz xəttinin çəkilişi zamanı BƏDBƏXT HADİSƏ

Tarix:

30-10-2018, 12:29

/ 10 293 dəfə oxundu.
Bakıda qaz xəttinin çəkilişi zamanı BƏDBƏXT HADİSƏ

Bakıda qaz xəttinin çəkilməsi zaman "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı xəsarət alıb.

GunAz.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.

Qəsəbənin "D" massivində qaz xəttinin yenilənməsi zamanı xətt birləşdirilərkən orada işləyən "Azəriqaz" İstehsalat Birliyinin Tikinti İdarəsinin 2 saylı Quraşdırma sahəsinin əməkdaşı, 1988-ci il təvəllüdlü Sadıqov Səbuhi Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Hazırda S.Sadıqovun hansı şəraitdə xəsarət alması ilə bağlı araşdırma aparılır. (trend)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ