SON DƏQİQƏ

Qatar “Kamaz”-la toqquşdu

Tarix:

28-10-2018, 15:37

/ 10 298 dəfə oxundu.
Qatar “Kamaz”-la toqquşdu

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

GunAz.az Report.az-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Balakən dəmir yol xəttinin Qax rayonunun Kötüklü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı-Balakən xətti ilə hərəkətdə olan sərnişin qatarı Kötüklü stansiyası yaxınlığında dəmir yol xəttini keçən, 1958-ci il təvəllüdlü Ramazan İsmayıl oğlu Hacıyevin idarə etdiyi “KamAZ” markalı yük maşınını vurub. Hadisə nəticəsində R.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzadan sonra yük maşını ərazidən aparılıb və sərnişin qatarı marşut üzrə hərəkətini bərpa edib.

Xəstəxanadan isə bildirlib ki, R.Hacıyevin müalicəsi Cərrahiyə şöbəsində aparılır. Onun vəziyyəti orta-ağır qiymətləndirlir. Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ