SON DƏQİQƏ
» » Mingəçevirdə yanğın olub, xəsarət alanlar var

Mingəçevirdə yanğın olub, xəsarət alanlar var

Tarix:

28-10-2018, 13:38

/ 10 280 dəfə oxundu.
Mingəçevirdə yanğın olub, xəsarət alanlar var

Mingəçevirdə xəsarətlə nəticələnən yanğın hadisəsi olub.

GunAz.az report-a istinadәn xәbәr verir ki, hadisə şəhərin Samux küçəsində yerləşən Sürücülük məktəbinin binasında baş verib.

Hadisəyə binanın məcburi köçkünlərin məskunlaşdığı hissəsində elektrik sayğaclarında yaranmış qısaqapanma səbəb olub. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqәladә Halar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. 

İlkin məlumata görə, hadisə zamanı 3 nəfər tüstüdən boğulub. Hazırda ərazidə zərərçəkənlərə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər