SON DƏQİQƏ
» » Gəncə hadisələrinə görə axtarılan şəxs Moskvada saxlanıldı

Gəncə hadisələrinə görə axtarılan şəxs Moskvada saxlanıldı

Tarix:

12-10-2018, 19:17

/ 10 268 dəfə oxundu.
Gəncə hadisələrinə görə axtarılan şəxs Moskvada saxlanıldı

Gəncə hadisələrinə görə Azərbaycanın axtarışa verdiyi şəxs ötən gün Rusiyanın paytaxtı Moskvada saxlanılıb.

GunAz.az xəbər verir ki, bu barədə “Moskva” şəhər xəbərləri agentliyi məlumat yayıb.

Bu ilin iyulundan İnterpol xətti ilə axtarışda olan və adı qeyd olunmayan 34 yaşlı şəxs Azərbaycan CM-nin “terrorozim”, “qəsdən adam öldürməyə cəhd”, “qanunsuz silah dövriyyəsi”, “dövlət qulluqçusunun həyatına qəsd”, “hakimiyyətin zorla ələ keçirilməsi”, “qanunvericiliklə nəzərdə tutulmayan silahlı qruplaşma yaratmaq”, “dövlətə qarşı yönələn ictimai çağırışlar etmək” maddələri ilə axtarışa verilib.

İstintaq məlumatına görə, həmin şəxs Gəncə şəhərində baş verən iyul hadisələri ilə əlaqəlidir.

Onun saxlanılması ilə bağlı Azərbaycan tərəfi də məlumatlandırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ