SON DƏQİQƏ

Məşhur futbolçunun barmağı sındı

Tarix:

9-10-2018, 08:47

/ 10 248 dəfə oxundu.
Məşhur futbolçunun barmağı sındı

İtaliyanın "Roma" klubunun futbolçusu Daniele De Rossi zədələnib.

GunAz.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasının VIII turunda səfərdə "Empoli" ilə matçda xəsarət alıb.

Təcrübəli oyunçunun tibbi müayinəsindən sonra ayaq barmağının qırıldığı müəyyənləşib. De Rossinin zədəsinin nə vaxt bərpa olunacağı hələlik bəlli deyil.

Qeyd edək ki, "Empoli" - "Roma" matçı qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

скачать dle 12.1

Şərhlər