SON DƏQİQƏ

Maşın oğruları tutuldu

Tarix:

8-10-2018, 16:35

/ 10 288 dəfə oxundu.
Maşın oğruları tutuldu

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-dən GunAz.az-a verilən xəbərə görə, oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Mehdi Babayevin “VAZ-2106” markalı avtomobilinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 11 radələrində Ələt qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən Salyan rayon sakini Şamo Qocayevlə birgə saxlanılıb.

Oktyabrın 6-na keçən gecə Bakı şəhər sakini Valentin Kotovun “VAZ-2107” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Şərifli küçəsində olduğu müəyyən edilib.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Abbas Quliyev avtomobillə birgə Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktlarla bağlı araşdırmalar aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ