SON DƏQİQƏ

Bakı metrosunda qorxulu anlar - VİDEO

Tarix:

6-10-2018, 17:00

/ 10 266 dəfə oxundu.
Bakı metrosunda qorxulu anlar - VİDEO

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Publika.az-a verdiyi məlumata görə, paylaşılan görüntülər ötən gün “Qara Qarayev” stansiyasında qatarda nasazlıq baş verərkən çəkilib:

“Dünən məlumat verdiyimiz kimi “Qara Qarayev” stansiyasında qatarda nasazlıq baş vermişdi. Qatar stansiyanı tərk edərkən nasazlıq yaranmışdı və axırıncı iki vaqon platformada qalmışdı. Bu zaman stansiyaya daxil olan növbəti qatarın maşinisti nasazlığı aradan qaldırmaq üçün digər maşinistə kömək edib. Həmin vaxtda hər iki qatar platformada qalıb. Bu zaman çəkilən görüntülər sosial şəbəkədə yanlış şərhlə paylaşılır. Yəni, qatarların üz-üzə gəlməsi xəbəri yanlışdır”.

***

Bakı metrosunda qorxulu anlar yaşanıb.

Metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib.

“Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks tərəfə istiqamət edən qatar çıxıb. Xoşbəxtlikdən toqquşma baş verməyib.

Həmin görüntüləri təqdim edirik:

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ