SON DƏQİQƏ

Oğurlanan maşın tapıldı

Tarix:

4-10-2018, 14:18

/ 10 265 dəfə oxundu.
Oğurlanan maşın tapıldı

Sentyabrın 20-də Bakı şəhər sakini Qəşəm Mirzəyevin “VAZ-2101” markalı avtomobilinin Sabunçu rayonu ərazisindən qaçırılması barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

GunAz.az DİN-in saytına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin oktyabrın 3-də saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib. Dərhal görülən tədbirlərlə avtomobil qəsəbə ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı sürücü, qəsəbə sakini Xəyal Behbutov həmin avtomobili cari il sentyabr ayının 29-da Novruz adlı şəxsdən 350 manata aldığını bildirib.Araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər