Tovuzda 49 yaşlı kişi göldə batıb.
FHN -dən GunAz.az bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1969-cu il təvəllüdlü Orucov Hamlet Paşa oğlunun Tovuz rayonunun Əyyublu kəndindəki göldə batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Axtarış tədbirləri barədə əlavə məlumat veriləcək.