9 avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb.
GunAz.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 8-dən sentyabrın 3-dək olan müddətdə rayon ərazisində 9 avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb.