SON DƏQİQƏ
» » Aptekə bıçaqla basqın etdi - MƏHKƏMƏ İŞİ

Aptekə bıçaqla basqın etdi - MƏHKƏMƏ İŞİ

Tarix:

4-09-2018, 13:50

/ 10 271 dəfə oxundu.
Aptekə bıçaqla basqın etdi - MƏHKƏMƏ İŞİ

Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqla aptekə basqın etməkdə təqsirləndirilən keçmiş məhkum, 1984-cü il təvəllüdlü Aygün Əliyevanın məhkəməsi başlayıb. 

GunAz.az qafqazinfo -ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses sentyabrın 11-də davam etdiriləcək. 

İttihama görə, 2018-ci il martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb. Məlum olub ki, A. Əliyeva daha əvvəldə məhkumluq həyatı yaşayıb. İndi o, Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə təqsirləndirilir. 

скачать dle 12.1

Şərhlər