SON DƏQİQƏ
» » Ölkə ərazisində toz-dumanı müşahidə olunur

Ölkə ərazisində toz-dumanı müşahidə olunur

Tarix:

30-08-2018, 10:14

/ 10 272 dəfə oxundu.
Ölkə ərazisində toz-dumanı müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 30 avqust 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olduğu məlum olub.

Nazirliyin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, səhər saat 7:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ