SON DƏQİQƏ

Lerikdə zəlzələ bu kəndlərə ziyan vurub

Tarix:

28-08-2018, 21:18

/ 10 307 dəfə oxundu.
Lerikdə zəlzələ bu kəndlərə ziyan vurub

Lerik rayonunda baş vermiş zəlzələ nəticəsində 15-ə yaxın köhnə tikilidə çatlar yaranıb.

GunAz.az  xəbər verir ki, Bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib.

H.Məlikovun sözlərinə görə, ziyan dəyən tikililər rayonun Bursulum, Tikəband, Züvüc kəndlərində yerləşir:

"10-15 tikilidə çatlar artıb. Amma ciddi dağıntı, uçqun yoxdur".

Xatırladaq ki, bu gün saat 16:57:14-də Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ