SON DƏQİQƏ
» » Qarabağda GÜCLÜ PARTLAYIŞ: Ağdərə qazsız qaldı

Qarabağda GÜCLÜ PARTLAYIŞ: Ağdərə qazsız qaldı

Tarix:

28-08-2018, 15:48

/ 10 354 dəfə oxundu.
Qarabağda GÜCLÜ PARTLAYIŞ: Ağdərə qazsız qaldı

Azərbaycanın Ermənistanın işğalı altındakı Ağdərə rayonu tamamilə qazsız qalıb.

GunAz.az report -a istinadən məlumat verir ki, buna səbəb ermənilərin işğal altındakı Kəlbəcər rayonunun Heyvalı kəndində (Drombon) qanunsuz istismar etdikləri dağ mədənində baş verən güclü partlayışdır.

Partlayış Ağdərə şəhəri və ətraf yaşayış məntəqələrinin kommunikasiya xətlərinə ciddi ziyan vurub. Nəticədə Ağdərə rayonu ərazisindəki bütün yaşayış məntəqələri və müəssisələr qazsız qalıb. Hətta hərbi hissələrin və hərbi tibb müəssisələrinin də qaz olmadığından təminatında problemlər yarandığı bildirilir.

Dağlıq Qarabağdakı separatçı rejimin fövqəladə qurumlarının yaydığı məlumata görə, qəzaya səbəb boru xətlərinin standartlara cavab verməməsidir.

Bərpa işlərinin, ən azı, 3-5 gün davam edəcəyi bildirilir.

скачать dle 12.1

Şərhlər