SON DƏQİQƏ

Oğurluq edən 3 nəfər saxlanıldı

Tarix:

11-08-2018, 15:39

/ 10 274 dəfə oxundu.
Oğurluq edən 3 nəfər saxlanıldı

Bakıda oğurluq edən Qazax rayon sakini saxlanılıb.

DİN-dən GunAz.az-a verilən xəbərə görə, Nəsimi RPİ 22-PŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə yanvarın 3-də Bakı şəhər sakini A.İsgəndərovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Tağıyev saxlanılıb. 

Eyni zamanda Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də Gəncə şəhəri ərazisindəki evlərin birinin damından həmin evin sakinlərinə məxsus ümumilikdə 5 ədəd su mühərrikini oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Namiq Əliyev və Şahin Əliyev saxlanılıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ