SON DƏQİQƏ
» » İsmayıllıda ağır qəza: Ölən və yaralananlar var - VİDEO

İsmayıllıda ağır qəza: Ölən və yaralananlar var - VİDEO

Tarix:

6-08-2018, 09:36

/ 10 245 dəfə oxundu.
İsmayıllıda ağır qəza: Ölən və yaralananlar var - VİDEO

Axşam saatlarında İsmayıllı rayonunun İvanovka kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

GunAz.az “Report”a istinadən xəbər verir ki, yerli sakin Vasili Kazkov "31-AA-045" dövlət qeydiyyat nişanlı "UAZ" markalı minik maşını ilə İsmayıllıdan İvanovkaya qayıdarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və maşında olan sərnişinlər - İvanovka kənd sakinləri 46 yaşlı Olek Arlov, 45 yaşlı Vladimir Yemilankov və 28 yaşlı Vladimir Skokov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal İsmayıllı Rayon Mərkəzi Xəstəxansına çatdırılsalar da, onlardan Vladimir Skokovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyətləri qənaətbəxşdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ