
Dünən axşam saatlarında Dənizkənarı Milli Park yaxınlığında içərisində iki nəfərin olduğu qayıq küləyin təsirindən qeyri-müəyyən istiqamətdə dənizə səmt alıb.
FHN-dən GunAz.az -a verilən xəbərə görə, bu gün səhər saatlarından başlayaraq axtarışlar davam etdirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Dövlət Sərhəd Xidmətinin iki ədəd helikopteri və iki ədəd gəmisi axtarışlarda iştirak edir.
Əlavə məlumat veriləcək.