SON DƏQİQƏ
» » İmişlidə avtomobil aşıb - Ölən və yaralananlar var

İmişlidə avtomobil aşıb - Ölən və yaralananlar var

Tarix:

30-07-2018, 07:57

/ 10 268 dəfə oxundu.
İmişlidə avtomobil aşıb - Ölən və yaralananlar var

İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
 
GunAz.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Otuziki kəndində qeydə alınıb.
 
Otuziki kənd sakini, 1995-ci il təvəllüdlü Əzizov Mirxalid Mirqiyas oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin qarşısına motosiklet çıxması nəticəsində avtomobil yoldan çıxaraq aşıb.
 
Nəticədə sürücü və avtomobildə olan İmişli rayon Soltanmuradlı kənd sakini, 1968-c il təvəllüdlü Əzizli Könül Maqsud qızı, Otuziki kənd sakinləri, 1968-ci il təvəllüdlü Güləliyeva Gültəkin Hacağa qızı, 1972-ci il təvəllüdlü Əzizova Validə Qoçəli qızı ağır xəsarətlər alaraq İmişli rayon xəstəxanasına yerləşdirliblər.   Qəza zamanı sərnişinlərdən biri - Əzizov Qiyas Mirbaba oğlu  hadisə yerində ölüb.
 
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ