SON DƏQİQƏ
» » Gəncə hadisələri ilə bağlı daha bir nəfər məhv edildi

Gəncə hadisələri ilə bağlı daha bir nəfər məhv edildi

Tarix:

25-07-2018, 16:04

/ 10 238 dəfə oxundu.
Gəncə hadisələri ilə bağlı daha bir nəfər məhv edildi

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə iştirak edən şəxslərdən biri məhv edilib.

GunAz.az xəbər verir ki, Yunis Səfərovla birlikdə E. Vəliyevə qarşı sui-qəsd törətmək planlarını hazırlamış, Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışda olan Gəncə şəhər sakini Sərxani Ağa Hüseyn oğlu silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. 

Müəyyən olunub ki, o , 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.

 

 

скачать dle 12.1

Şərhlər