SON DƏQİQƏ
» » İrandan piyada gələn şəxsdən narkotik aşkarlandı

İrandan piyada gələn şəxsdən narkotik aşkarlandı

Tarix:

25-07-2018, 13:35

/ 10 278 dəfə oxundu.
İrandan piyada gələn şəxsdən narkotik aşkarlandı

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

GunAz.az xəbər verir ki,  yoxlama zamanı vətəndaşın üst paltarlarının altında, bədəninin bel nahiyəsinə kapron coraba yığılaraq sarınmış vəziyyətdə narkotik vasitələr - 2 bükümdə ümumi xalis çəkisi 480,76 qram olan heroin və 1 bükümdə xalis çəkisi 15,21 qram olan qurudulmuş marixuana, 4 bükümdə isə ümumi xalis çəkisi 201,61 qram olan metamfetamin adlı psixotrop maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ