SON DƏQİQƏ
» »  FHN-dən Nabranda tapılan 3 yaşlı uşaqla bağlı məlumat

 FHN-dən Nabranda tapılan 3 yaşlı uşaqla bağlı məlumat

Tarix:

23-07-2018, 22:51

/ 10 235 dəfə oxundu.
 FHN-dən Nabranda tapılan 3 yaşlı uşaqla bağlı məlumat

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları başa çatıb.

GunAz.az FHN -in saytına istinadən xəbər verir ki, İ.Novruzov axtarış aparılan ərazidə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri (ümumilikdə 85 nəfər), habelə Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər cəlb olunub.

скачать dle 12.1

Şərhlər