SON DƏQİQƏ
» » Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - FOTO

Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - FOTO

Tarix:

23-07-2018, 17:37

/ 10 435 dəfə oxundu.
Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı - FOTO

Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü İsmayıl Novruzov istirahət mərkəzinin ərazisində tapılıb.

GunAz.az xəbər verir ki, Bu barədə Xaçmaz rayon Nabran inzibati ərazi dairəsi üzrə Nəzakət İskəndərova məlumat verib.

Onun sözlərinə görə, uşağın ilkin tibbi müayinəsi aparılıb və ailəsinə təhvil verilib:

“Ailəsi ilə birlikdə qaldığı istirahət mərkəzinin yaxınlığında çay var. Uşaq həmin çayın yaxınlığındakı kol-kosun içərisindən tapılıb. Uşaq itkin düşəndən nazirliklərlə yanaşı qonşu kəndlərin sakinləri də axtarış aparıb. Bu vaxta qədər həmin kolluqların arasına baxmaq heç kimin ağlına gəlməyib. Hər kəs uşağın meşə tərəfə gedə biləcəyini ehtimal edib, axtarışlar da o istiqamətdə aparılıb. Qonşu kənd sakinlərindən biri təsadüfən kolların arasına baxanda usağı tapıb. İsmayıl Novruzovun yıxılaraq kolluqların arasına düşdüyü ehtimal edilir”.

N.İskəndərova bildirib ki, uşaqla söhbət aparılıb, vəziyyəti yaxşıdır.

 

 

скачать dle 12.1

Şərhlər