Qahirə Beynəlxalq Hava Limanının yaxınlığında yanacaq balonunun partlaması nəticəsində 3 nəfər yaralanıb.
Bu barədə Trend "Masravi" xəbər portalına istinadən məlumat verir.
"Axşam saatlarında baş vermiş partlayış nəticəsində üç nəfər yaralanıb, ölən yoxdur" - Misirin Səhiyyə nazirinin müavini Məhəmməd Şövkinin bəyanatında deyilir.