SON DƏQİQƏ

Lerikdə meşədən meyit tapıldı

Tarix:

30-06-2018, 14:56

/ 10 780 dəfə oxundu.
Lerikdə meşədən meyit tapıldı

Lerik rayon sakininin meyiti meşə zolağında tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, ötən gün Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitini Yardımlı RPŞ-nin əməkdaşları aşkarlayıb. Meyit Lerik-Yardımlı yolunun 1-ci kilometrliyindəki meşə zolağında, “UAZ-469B” markalı avtomobilin yaxınlığında tapılıb.

M.Ağayevin qeyd edilən nəqliyyat vasitəsini idarə edərkən onu aşırması nəticəsində ölməsi ehtimal olunduğundan, faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər