SON DƏQİQƏ
» » Bu il ölkəmizdə 1600 yeraltı təkan qeydə alınıb

Bu il ölkəmizdə 1600 yeraltı təkan qeydə alınıb

Tarix:

27-06-2018, 12:16

/ 10 280 dəfə oxundu.
Bu il ölkəmizdə 1600 yeraltı təkan qeydə alınıb

Bu ilin əvvəlindən indiyədək Azərbaycanda 1600 yeraltı təkan qeydə alınıb.

Gunaz.az  bildirir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Hüseynova deyib.

Onun sözlərinə görə, həmin təkanların 32-i hissedilən olub. Bu təkanlar daha çox Xəzər dənizində, daha sonra isə ölkənin şimal-qərb rayonlarında, o cümlədən Lerikdə, Ağdamda qeydə alınıb.

Bu ilki təkanların ən güclüsü iyunun 5-də Zaqatalada qeydə alınıb. Həmin gün zəlzələnin maqnitudası 5,5 olub.

V.Hüseynova onu da qeyd edib ki, Lerikdə bu gecə baş verən zəlzələdən sonra 40-a yaxın zəif afterşok qeydə alınıb.

скачать dle 12.1

Şərhlər