SON DƏQİQƏ
» » Yuxulamışdım - Fanatları vuran taksi sürücüsü

Yuxulamışdım - Fanatları vuran taksi sürücüsü

Tarix:

18-06-2018, 09:08

/ 10 286 dəfə oxundu.
Yuxulamışdım - Fanatları vuran taksi sürücüsü

Futbol üzrə dünya çempionatının keçirildiyi Rusiyanın paytaxtı Moskvanın mərkəzi küçələrindən birində taksi sürücüsünün avtomobili yol kənarı ilə hərəkətdə olan insanların üzərinə sürdüyü barədə məlumat vermişdik.

Həbs olunan taksi sürücüsü hadisənin necə baş verdiyi barədə danışıb. O, yorğun olduğunu və sükan arxasında yuxuya getdiyini deyib.

Anarbek adlı taksi sürücüsü iki gün imiş ki, istirahətsiz çalışırmış. O, yalnız sifarişlər arasındakı fasilə zamanı elə avtomobildə yatırmış.

Hadisə nəticəsində azı 7 nəfər yaralanıb. Yaralılar dərhal Moskvadakı xəstəxanalara çatdırılıblar. (Komanda.az)

скачать dle 12.1

Şərhlər