
Tovuz rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Əlimərdanlı kəndi ərazisində yolu keçmək istəyən 58 yaşlı Cəfərov Həsən Əli oğlunu avtomobil vurub.
Yaralı xəstəxanaya yerləşdirilib və ona həkimlər tərəfindən tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. (report)