SON DƏQİQƏ
» » Ağsu sakinləri TƏŞVİŞDƏ: 2 nəhəng gürzə öldürüldü

Ağsu sakinləri TƏŞVİŞDƏ: 2 nəhəng gürzə öldürüldü

Tarix:

1-06-2018, 08:00

/ 10 918 dəfə oxundu.
Ağsu sakinləri TƏŞVİŞDƏ: 2 nəhəng gürzə öldürüldü

Ağsu rayonunda son günlər təhlükəli zəhərli ilanlar peyda olub.

Trend-in məlumatına görə, may ayından etibarən rayon ərazisində bir neçə ilan əhali tərəfindən öldürülüb. Rayon sakinlərinin sözlərinə gröə, peyda olan ilanlar əsasən iki-iki, üç-üç gəzir, evlərə və tövlələrə soxulurlar. Bu cür hallara əsasən rayonun Bico kəndində rast gəlinir.

Sakinlər bildiriblər ki, kənd ərazisində aprel və may aylarında ondan çox təhlükəli ilan öldürülüb. Bu gün günorta saatlarında isə kənd ərazisində tövlədə daha iki nəhəng ilan öldürülüb. Öldürülən ilanlar Qafqaz gürzəsidir. İlanlar heyvanlara hücum edərkən sakinlər tərəfindən öldürülüb.

Xatırladaq ki, bu ilin əvvəlində və ötən ilin sonlarında kənd ərazisində uzunluğu 2 metrdən artıq olan daha bir gürzə zərərsizləşdirilmişdi. Hadisədən bir ay sonra uzunluğu 2 metr və 2 metr 20 santimetr olan daha iki gürzə taxıl sahəsində məhv edilmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ